bakı, 7 mart, arhd.media
avropa çempionatı: azərbaycan atleti final mərhələsinə vəsiqə qazanıb
azərbaycan atleti rüstəm məmmədov niderlandın apeldorn şəhərində qapalı məkanda keçirilən avropa çempionatında finala yüksəlib.
atletika federasiyasından arhd.media-a verilən məlumata görə, üç təkanla tullanma növündə çıxış edən idmançı təsnifat mərhələsində 16.28 metr nəticə göstərib. bununla da 18 idmançı arasında 8-ci yeri tutaraq həlledici mərhələyə vəsiqə qazanıb.
r.məmmədov martın 8-də baş tutacaq final mərhələsində avropa çempionatının medalları uğrunda mübarizə aparacaq.





















