qəbələ, 5 mart, arhd.media
fərid qayıbov: azərbaycanda idmana dövlət tərəfindən hər zaman böyük diqqət və qayğı var
"bütün idman federasiyalarının nümayəndələrini "idman paytaxtı" qəbələdə görmək çox xoşdur".
arhd.media xəbər verir ki, bu sözləri gənclər və idman naziri fərid qayıbov 2025-ci il üçün "idman paytaxtı" seçilən qəbələ şəhərində təşkil edilən paraddan sonra jurnalistlərə açıqlamasında deyib.
nazir bildirib ki, azərbaycanda idmana dövlət tərəfindən hər zaman böyük diqqət və qayğı var: “idmançılarımızın bayramını təbrik edir, gələcək karyeralarında uğurlar arzulayıram".
f.qayıbov ümummilli lider heydər əliyevin 30 il öncə idman ictimaiyyəti ilə tarixi görüşünü də xatırladıb: "ulu öndər həmin görüşdə uğur qazanmış idmançılarla bir araya gəlmişdi. o, hər zaman idmançıların yanında olub. prezident ilham əliyevin 2005-ci il 4 mart tarixli sərəncamına əsasən, hər il martın 5-i ölkəmizdə bədən tərbiyəsi və idman günü kimi qeyd edilir. bu möhtəşəm bayram hər il təşkil olunur.






















