Hövsan Yarış Kompleksini ziyarət edən AFFA prezidenti Rövşən Nəcəf Azərbaycan–Andorra qarşılaşmasını izləməklə yanaşı, kompleksdə yaradılmış şərait və oyunların müxtəlif hava şəraitində keçirilməsi üçün görülən hazırlıq işləri ilə tanış olub.


“ARHD.MEDiA” xəbər verir ki, bu barədə AFFA-nın Mətbuat xidməti məlumat yayıb.


Millimizin 1:0 hesablı qələbəsi tribunada oyunu canlı izləyən valideynlər və federasiya nümayəndələri tərəfindən böyük coşqu ilə qarşılanıb. İkinci oyun günü həm meydanda mübarizə aparan yeniyetmə futbolçular, həm də onları tribunadan dəstəkləyən ailə üzvləri üçün beynəlxalq turnir atmosferini yaxından yaşamaq baxımından xüsusi əhəmiyyət daşıyır.


FIFA U-15 Dünya Çempionatı və Festivalı 2026 gənc futbolçuların beynəlxalq səviyyədə dəyərli təcrübə qazanması üçün mühüm platformadır. Müxtəlif ölkələrin təmsilçiləri ilə qarşılaşan oyunçular yüksək səviyyəli rəqabət mühitində bacarıqlarını nümayiş etdirir, təcrübə toplayır və futbol karyeralarının ilk mühüm addımlarını atırlar.


Hövsan Yarış Kompleksinin infrastrukturu eyni vaxtda 20 oyunun keçirilməsini təmin edir. Hər meydançada gün ərzində 10-dək qarşılaşma təşkil olunur. Yeni quraşdırılmış peşəkar işıqlandırma sistemləri sayəsində oyunlar axşam saatlarında da fasiləsiz davam edir.


FIFA U-15 Dünya Çempionatı və Festivalı 2026 oktyabrın 30-da başa çatacaq. Turnirin son oyunları Bakı Kristal Zalında keçiriləcək.

 

Baxış sayı: 2 976

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə