Atletimiz Rahilə Hüseynzadə Albaniyanın Dürres şəhərində keçirilən U23 və gənclərin Avropa birinciliyində 2 gümüş və 1 bürünc medal qazanıb. 


“ARHD.MEDiA” xəbər verir ki, 86 kq çəki dərəcəsində yarışan Rahilə, birdən qaldırma hərəkətində 94 kq çəkinin öhdəsindən gələrək ikinci olub. Təmsilçimiz təkanla qaldırma növündə bürünc medala yiyələnib.


O, bu dəfə 115 kq nəticə göstərib. Beləliklə 2 hərəkətin cəmində 209 kq nəticəyə imza atmış atletimiz Avropa birinciliyinin gümüş medalına yiyələnib. İdmançıların mükafatlandırma mərasimində AAF-ın vitse-prezidenti Firdovsi Umudov da iştirak edib. 


Qeyd edək ki, baş məşqçi Sərdar Həsənov və böyük məşqçi Asif Məmmədovun rəhbərliyi altında Avropa birinciliyinə yollanan hər 3 idmançımız yarışı medallarla başa vurub. Buna qədər körpücük üzərinə çıxmış Fuad Həsənov və Qasım İsmayılov da hərəyə 3 medal qazanmışdı. Beləliklə atletlərimiz qitə miqyaslı yarışda ümumilikdə 9 medal əldə edib.  

 

Baxış sayı: 3 120

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə