Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının sonuncu yarış günündə qarışıq komanda mübarizəsinə start verilib.


“ARHD.MEDiA” xəbər verir ki, Azərbaycan millisi 1/16 final mərhələsində Avstriya yığması ilə qarşılaşıb və rəqibini 4:0 hesabı ilə məğlub edərək növbəti mərhələyə yüksəlib.


Komandamıza ilk xalı qadınların +70 kq çəki dərəcəsində Madina Kaisinova qazandırıb. O, Mariya Höllvart üzərində qələbə qazanıb.


Daha sonra kişilərin +90 kq çəki dərəcəsində Zelim Kotsoyev Movli Borçaşvilini məğlub edərək hesabı 2:0-a çatdırıb. -57 kq-da Xədicə Qədəşova Laura Kallingerə qalib gəlib.


Ardınca -73 kq çəki dərəcəsində Rəşid Məmmədəliyev Firas Ben Saadı üstələyərək Azərbaycan millisinin dördüncü qələbəsini rəsmiləşdirib.


Beləliklə, qarşılaşmada 4:0 hesablı üstünlük əldə edən millimiz mübarizəni vaxtından əvvəl başa vuraraq 1/8 finala vəsiqə qazanıb.


Azərbaycan yığması növbəti mərhələdə Yaponiya millisi ilə qarşılaşacaq.

Baxış sayı: 2 981

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə