Formula 1 Azərbaycan Qran-Prisinin qalibləri mükafatlandırılıb.


“ARHD.MEDiA” xəbər verir ki, yarışdan dərhal sonra birinci olan Corc Rassell, ikinci yerin sahibi Maks Ferstappen və üçüncü pillədə qərarlaşan İsak Hadjar mükafatlarını alıblar. 


Mükafatlandırma mərasimində gənclər və idman naziri Fərid Qayıbov, Beynəlxalq Avtomobil Federasiyanın (FIA) prezidenti Məhəmməd Ben Sulayem,Azərbaycan Avtomobil Federasiyasının prezidenti Anar Ələkbərov, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov və digər rəsmi şəxslər iştirak ediblər.


Mükafatları müvafiq olaraq Məhəmməd Ben Sulayem, Fərid Qayıbov və Anar Ələkbərov təqdim ediblər.

 

Baxış sayı: 3 647

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə