“Yuventus”un qapıçısı Kamil Qrabara zədə səbəbindən uzun müddətə sıradan çıxıb.


“ARHD.MEDiA” xəbər verir ki, bu haqda klubun rəsmi saytında məlumat verilib.


Məlumata görə, qapıçı sentyabrın 19-da, şənbə günü keçirilən məşq zamanı sağ dizindən zədə alıb. Elə həmin axşam Qrabara klubun “J|Medical” mərkəzində diaqnostik müayinədən keçib.


Müayinə nəticəsində onun sağ dizindəki ön çarpaz bağın qopması aşkar edilib. Yaxın günlərdə futbolçu müalicə üsulunu müəyyənləşdirmək məqsədilə əlavə müayinələrdən keçəcək.

Baxış sayı: 3 238

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə