“Sabah”la oyun asan olmadı”.


“ARHD.MEDiA” “Report”a istinadən xəbər verir ki, bunu İsrailin “Hapoel” (Beer-Şeva) komandasının baş məşqçisi Ran Kojuk mətbuat konfransında deyib.


Mütəxəssis UEFA Çempionlar Liqasının pley-off mərhələsinin “Sabah”la cavab matçı (2:5) haqda danışıb: “Mövcud mərhələyə qədər gəlməyiniz uğurdur. Çətin yol olsa da, kifayət qədər təcrübəli futbolçularımız var. Birlikdə daha yaxşı nəticələr göstərə bilərik. Bugünkü oyun isə asan olmadı. Hər oyunun çətinlikləri olur, bu da özünü göstərdi. Matça ciddi hazırlaşmışdıq. Bunları davam etdirmək, növbəti görüşlərə daha yaxşı hazırlaşmaq lazımdır. Futbolçularımız kifayət qədər yaxşı oyun göstərdilər”.


Mütəxəssis daha yaxşı nəticələr əldə etmək üçün çalışmalı olduqlarını vurğulayıb: “Daha yaxşı nəticələr barədə düşünməliyik ki, hər şey qaydasında olsun. Situasiyaya uyğun davranmağa çalışacağıq və bunu mütləq hesab edirik”.


Qeyd edək ki, tərəflər arasında Rumıniyanın paytaxtı Buxarestdə baş tutan ilk oyun “Hapoel”in 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Baxış sayı: 2 171

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə