Azərbaycan boksçusu Əli Baxışov Serbiyanın Loznitsa şəhərində keçirilən U-19 Avropa çempionatında finala vəsiqə qazanıb.


“ARHD.MEDiA” xəbər verir ki, bu barədə Azərbaycan Boks Federasiyası məlumat yayıb.


60 kq çəki dərəcəsində mübarizə aparan idmançı yarımfinalda Türkiyə təmsilçisi Furkan Avara 3:2 (28:29, 30:27, 29:28, 30:27, 28:29) hesabı ilə qalib gəlib.


Əli Baxışov final döyüşündə İtaliya idmançısı Daniele Fabi ilə üz-üzə gələcək.


Bannuçiçək Nəsirli (48 kq) isə yarımfinalda İrlandiyalı Ellen Coysa uduzaraq Avropa çempionatının bürünc medalına sahib olub.

Baxış sayı: 3 371

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə