Azərbaycan boksçusu Banuçiçək Nəsirli Serbiyanın Loznitsa şəhərində keçirilən U-19 Avropa çempionatında yarımfinala yüksəlib.


“ARHD.MEDiA” xəbər verir ki, 48 kq çəkidə mübarizə aparan milli üzvü 1/4 finalda Katarjina Qornisieviçlə (Polşa) qarşılaşıb.


Nəsirli rəqibini 3:2 (30:27, 28:29, 28:29, 30:27, 29:28) hesabı ilə məğlub edib. O, yarımfinala vəsiqə qazanmaqla özü üçün azı bürünc medalı təmin edib.

Boksçumuz avqustun 20-də final uğrunda Ellen Coysla (İrlandiya) döyüşəcək.


Qeyd edək ki, bu gün daha 4 idmançımız 1/4 final görüşünə çıxacaq.

Baxış sayı: 3 730

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə