Kiyev “Dinamo”sunun baş məşqçisi İqor Kostyuk Ukrayna Premyer Liqasının 2-ci turunda “Veres” üzərində qazandıqları 2:1 hesablı qələbədən sonra komandasının qarşıdakı oyunları barədə danışıb.


“ARHD.MEDiA” xəbər verir ki, Kostyuk xüsusilə “Qarabağ”la keçirilən matçdan sonra komandasının hücumdakı problemlərinə və sıx oyun qrafikinə toxunub.


Kostyuk “Dinamo”nun hücumda zəif təsir bağışlaması ilə bağlı fikirlərə münasibət bildirərkən “Qarabağ”ın müdafiə baxımından yaxşı komanda olduğunu qeyd edib:


“Komandamızın zəif oynadığını deməzdim. Sadəcə, qol imkanlarından istifadə edə bilmirik. Müxtəlif kombinasiyalardan istifadə edirik. Təəssüf ki, yaratdığımız şansları qola çevirə bilmirik. Bundan əvvəl yaxşı müdafiə olunan rəqiblərlə qarşılaşmışdıq. Həm PAOK, həm də “Qarabağ” çox fəal oynadı. Deməli, hər şey sizin dediyiniz kimi deyil”.


Baş məşqçi həftədə iki oyundan ibarət sıx qrafikin komandaya təsirindən də danışıb. Onun sözlərinə görə, bu müddətdə əsas diqqət futbolçuların bərpasına, rəqibin və əvvəlki oyunların təhlilinə yönəldiləcək. Kostyuk “Veres”lə matçda geniş rotasiyaya getdiklərini də bildirib:


“Bu gün böyük rotasiya etdik. “Qarabağ”la oyunda meydana çıxmayan futbolçulara daha çox oyun vaxtı verdik. Onlar bu gün daha yaxşı idilər. Amma çoxlu lazımsız top itkilərinə yol verdik”.


Baxış sayı: 4 084

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə