Azərbaycanın 13 cüdoçusu Şimali Makedoniyanın paytaxtı Skopyedə gənclər arasında keçiriləcək Avropa Kubokunda mübarizə aparacaq.


“ARHD.MEDiA” Azərbaycan Cüdo Federasiyasına istinadən xəbər verir ki, Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə baş tutacaq yarışda ölkə təmsilçiləri 6 çəki dərəcəsində qüvvəsini sınayacaq.


8-9 avqust tarixlərində keçiriləcək turnirdə komandaya qadınlardan ibarət yığmanın böyük məşqçisi Saşa Herkenrat-Vimar rəhbərlik edəcək.


Qızların yarışında Nərgiz Əhmədova, Gülşən Hüseynova, Gülgəz Musayeva (hamısı 48 kq), Aysun Məmmədova, Nuranə Hacızadə ( hər ikisi 52 kq), Vüsalə Hacıyeva, Aytən Verdiyeva, Xədicə Qədəşova (hamısı 57 kq) və Nilgün Rzayeva (63 kq) tatamiyə çıxacaqlar.


Oğlanların turnirində isə Kənan Hüseynov (73 kq), Davud Namazlı, Canpolad Əliyev və Vidad Əliyev (hamısı 100 kq) mübarizə aparacaqlar.


Qeyd edək ki, beynəlxalq turnirdə 34 ölkədən 346 idmançı (229 oğlan, 117 qız) iştirak edəcək.

Baxış sayı: 3 716

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə