“Birlik” Karate Klubunun karate və parakarate üzrə idmançıları Azərbaycan Karate Federasiyası ilə Gənclər və İdman Nazirliyinin birgə təşkil etdiyi "Olimpiya Ümidləri" beynəlxalq turnirində uğurla çıxış ediblər.


“ARHD.MEDiA” xəbər verir ki, bu barədə “Report”a klubdan məlumat verilib.


Məşqçi Sənan Cəfərovun yetirmələrindən Gülay Orucova (U-21, 61 kq) və Ercan Aslan (parakarate, K22 kateqoriyası) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə yüksəliblər.


Amin Əsədli (U-14, 50 kq) gümüş, Lətif Səfərov (kadet, 70 kq) bürünc medal qazanıb.


Qeyd edək ki, turnirdə Azərbaycan, Türkiyə, Pakistan, Gürcüstan və Rumıniyadan ümumilikdə 600 idmançı mübarizə aparıb.

 

Baxış sayı: 4 020

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə