Bu gün DÇ-2026-da 2-ci finalçının da adına aydınlıq gələcək.


“ARHD.MEDiA” xəbər verir ki, İngiltərə “Atlanta Stadium”da son çempion Argentina ilə qarşılaşacaq.


Görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Bu cütün qalibi isə finalda İspaniyaya rəqib olacaq.


Dünya çempiontları tarixində İngiltərə 1 (1966-cı il), Argentina isə 3 dəfə (1978, 1986, 2022-ci illər) qalib olmağı bacarıb. Ümumilikdə İngiltərə 2, Argentina 6 dəfə finalda qüvvəsini sınayıb.


Qeyd edək ki, final oyunu iyulun 19-da keçiriləcək və Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.


DÇ-2026, yarımfinal 15 iyul


23:00. İngiltərə - Argentina.

Baxış sayı: 3 756

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə