tovuz, 11 mart, vüsalə cənnətova, arhd.media tovuzda "konstitusiya və suverenlik ili"nə həsr olunmuş "hüquqi dövlət quruculuğunda ulu öndər heydər əliyevin rolu" mövzusunda konfrans keçirilib.

arhd.media-ın bölgə müxbirinin verdiyi məlumata görə, tədbir tovuz rayon icra hakimiyyətinin və qazax-tovuz regional mədəniyyət idarəsinin birgə təşkilatçılığı ilə reallaşıb.

çıxış edənlər ümummilli lider heydər əliyevin azərbaycan rəhbərliyinə qayıdışı ilə başlıca qayəsini müstəqillik, azərbaycançılıq, dövlətçilik, ədalətlilik, demokratiya, milli tərəqqi, dünyəvilik kimi ümumbəşəri dəyərlər təşkil edən yeni bir ideologiyanın əsasının qoyulduğunu bildiriblər. müstəqil azərbaycanın banisi, ulu öndər heydər əliyevin qurduğu hüquqi dövlətçilik ənənələri və müstəqil siyasət xəttinin prezident ilham əliyev tərəfindən uğurla davam etdirildiyi diqqətə çatdırılıb.

dövlətimizin başçısının 28 dekabr 2024-cü il tarixli sərəncamı ilə 2025-ci ilin ölkəmizdə “konstitusiya və suverenlik ili” elan olunmasının müasir azərbaycan dövlətçiliyinin inkişafında mühüm əhəmiyyət kəsb edən bir hadisə olduğu vurğulanıb. bildirilib ki, bu qərar hüquqi dövlətçilik və suverenlik dəyərlərinin möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyətə malikdir. sonra tədbirin mövzusuna aid videoçarxa və kitab sərgisinə baxış keçirilib.

Baxış sayı: 16

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə