bakı, 15 fevral, arhd.media
din: cinayət törətməkdə şübhəli bilinən 72 nəfər saxlanılıb
fevralın 14-də ölkə ərazisində qeydə alınan 54, əvvəlki dövrlərdən bağlı qalan 21 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
daxili işlər nazirliyinin (din) mətbuat xidmətindən arhd.media-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 122, o cümlədən borclu şəxs qismində axtarışda olan 86 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
narkotiklərlə əlaqəli 36, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 17 fakt müəyyən edilib.
cinayət törətməkdə şübhəli bilinən 72 nəfər saxlanılıb.























