ARHD.media informasiya agentliyinin rəhbəri,

Beynəlxalq hüquq eksperti,

Beynəlxalq hüquq müdafiəçisi,

Hüquq üzrə fəlsəfə doktoru,

Beynəlxalq hüquq sahəsində fəaliyyəti ilə tanınan İsmayıl Zalov Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sessiyasında iştirak etmişdir. Sessiya çərçivəsində demokratiya, insan hüquqları, qanunun aliliyi, media fəaliyyəti və beynəlxalq təhlükəsizlik məsələləri ətrafında geniş müzakirələr aparılmışdır.

İsmayıl Zalov çıxış və görüşlər zamanı Azərbaycanın hüquqi və demokratik inkişafı barədə məlumat vermiş, ölkəmizin hüquqi dövlət prinsiplərinə sadiqliyini vurğulamışdır. O, Azərbaycanda söz və media azadlığının təmin edildiyini, vətəndaşların hüquq və azadlıqlarının Konstitusiya və qanunvericiliklə qorunduğunu qeyd etmişdir.

Bununla yanaşı, Azərbaycanın regional və beynəlxalq əməkdaşlığa verdiyi töhfələr, multikultural dəyərlərin təşviqi, tolerantlıq mühitinin qorunması və dövlət-vətəndaş münasibətlərinin inkişafı istiqamətində əldə olunan nailiyyətlər diqqətə çatdırılmışdır.

İsmayıl Zalovun AŞPA sessiyasında iştirakı Azərbaycanın beynəlxalq platformalarda obyektiv mövqeyinin təqdim olunmasına, milli maraqların müdafiəsinə və ölkəmiz haqqında həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılmasına xidmət edən mühüm fəaliyyət kimi qiymətləndirilir.

ARHD.MEDIA

 

Baxış sayı: 8 490

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə