
bakıda islam inkişaf bankı qrupunun 2026-cı il üzrə illik toplantılarının açılış mərasimi keçirilir.
“arhd.media” xəbər verir ki, azərbaycan prezidenti ilham əliyev tədbirdə iştirak edir.
əvvəlcə birgə foto çəkdirilib.
azərbaycanın dövlət himni səsləndirilib.
sonra “qurani-kərim”dən ayə oxunub.
daha sonra islam inkişaf bankı (isdb) haqqında videoçarx nümayiş olunub.
dövlət başçısı tədbirdə çıxış edib.































