islam inkişaf bankı qrupunun prezidenti məhəmməd süleyman əl-casir “dostluq” ordeni ilə təltif edilib.
“arhd.media” xəbər verir ki, bununla bağlı azərbaycan prezidenti ilham əliyev sərəncam imzalayıb.
sərəncama əsasən, azərbaycan ilə islam inkişaf bankı arasında əməkdaşlığın inkişafına verdiyi töhfəyə görə məhəmməd süleyman əl-casir “dostluq” ordeni ilə təltif edilib.























