xezertv.info xəbər verir ki, gənclərin inkişaf və karyera mərkəzinin (gikm) təşkilatçılığı, azərbaycan respublikasının gənclər fondunun və milli süni intellekt mərkəzinin tərəfdaşlığı ilə bakı konqres mərkəzində gənclərin süni intellekt forumu keçirilib.

 300 gəncin iştirak etdiyi forumun məqsədi gənclərin süni intellekt sahəsində biliklərinin artırılması, bu texnologiyanın yaratdığı imkanlar barədə məlumatlandırılması və gələcəyin əmək bazarına hazırlıqlarına dəstək olmaq olub.

tədbirin açılış mərasimində milli məclisin deputatı naqif həmzəyev, azərbaycan respublikasının gənclər fondunun gənclər təşkilatları ilə iş şöbəsinin müdiri nail şükürov, gənclərin inkişaf və karyera mərkəzinin baş direktoru azər əliyev və milli süni intellekt mərkəzinin baş məhsul sahibi ibrahim süleymanov çıxış edərək süni intellektin inkişaf perspektivləri və dövlətin bu istiqamətdə gənclər üçün yaratdığı imkanlardan bəhs ediblər.

daha sonra “gənclərin karyera inkişafında süni intellektin rolu: imkanlar və çağırışlar” mövzusunda panel sessiyası keçirilib.  gikm-in layihələrin və proqramların idarə edilməsi şöbəsinin müdiri jalə həsənovanın moderatorluğu ilə baş tutan panel müzakirəsində “asan ai hub”ın rəhbəri ləman ibrahimova, “paşa holding”in xarici innovasiyalar üzrə meneceri və “inmerge ventures”də partnyor hüseyn mahmudov, “kpmg azərbaycan” şirkətininc data & ai komanda rəhbəri toğrul cabbarlı və “azerconnect group”da süni intellekt həlləri və mühəndislik üzrə menecer nihat abdullayev spiker qismində iştirak edib. spikerlər süni intellektin əmək bazarına təsiri, innovasiya trendləri və karyera imkanları barədə fikirlərini bölüşüblər.

həmçinin, forum çərçivəsində milli süni intellekt mərkəzinin süni intellekt mühəndisi murad bağırlı tərəfindən “gənclər üçün süni intellekt savadlılığı: nələri bilməliyik?” mövzusunda təqdimat keçirilib.  eyni zamanda, gənclərin inkişaf və karyera mərkəzi tərəfindən hazırlanmış yeni nəşr - “karyera quruculuğunda süni intellekt bələdçisi” təqdim olunub.

gənclərin inkişaf və karyera mərkəzi tərəfindən son illərdə bakı və regionlarda keçirilən süni intellekt forumları, təlimlər və maarifləndirici tədbirlər gənclərin bu sahədə bilik və bacarıqlarının inkişafına töhfə verir. bu tədbirlər iştirakçılara yeniliklərlə tanış olmaq və mütəxəssislərlə əlaqə qurmaq imkanı yaradır. artan marağı və bu istiqamətdə formalaşan ehtiyacı nəzərə alaraq, gələcəkdə bu kimi tədbirlərin əhatə dairəsinin daha da genişləndirilməsi və ölkənin müxtəlif bölgələrində davamlı şəkildə keçirilməsi nəzərdə tutulur.

 

Baxış sayı: 8 549

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə