azərbaycan prezidenti ilham əliyev portuqaliya prezidenti antoniu joze sequruya təbrik məktubu ünvanlayıb.
“arhd.media” xəbər verir ki, məktubda deyilir:
“portuqaliya respublikasının milli bayramı münasibətilə sizi və sizin simanızda bütün xalqınızı öz adımdan və azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik edir, ən xoş arzularımı çatdırıram.
inanıram ki, qarşılıqlı hörmət üzərində qurulmuş azərbaycan-portuqaliya əlaqələrinin inkişafı və əməkdaşlığımızın möhkəmləndirilməsi istiqamətində birgə səylərimizi bundan sonra da davam etdirəcəyik.
belə bir əlamətdar gündə sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost portuqaliya xalqına daim rifah və firavanlıq diləyirəm”.























