ermənistanda dünən keçirilən parlament seçkilərində bülletenlərin 90 faizi hesablanıb.


“arhd.media” xəbər verir ki, bu barədə məlumatı ermənistanın mərkəzi seçki komissiyası yayıb. 


saat 08:00-a olan məlumata görə, 2005 seçki məntəqəsindən 1878-inin nəticələri artıq məlumdur və ölkənin hakim “vətəndaş müqaviləsi” partiyası səslərin 50,25 faizini toplayaraq liderdir.


bununla yanaşı, “güclü ermənistan” bloku 23,31%, “ermənistan” bloku 9,78%, “çiçəklənən ermənistan” partiyası” isə 4,02% səs toplayıb. 


digər partiyalar isə hələ 4 faizlik həddi keçə bilməyib. 


seçkilərdə 16 partiya və 2 blok iştirak edib.


***


09:00-a olan məlumata görə, ermənistan msk 1963 seçki məntəqəsinin səslərini hesablayıb.


yeni nəticələrə əsasən, “vətəndaş müqaviləsi” partiyası səslərin 49,83 faizini toplayıb və liderliyini qoruyur. 


“güclü ermənistan” bloku 23,35%, “ermənistan” bloku 9,93%, “çiçəklənən ermənistan” partiyası isə 3,98% səs toplayıb.


***


ermənistan msk bütün seçki məntəqələrindəki bülletenləri hesablayıb.


ilkin nəticələrə əsasən, “vətəndaş müqaviləsi” partiyası 49,81%, “güclü ermənistan” bloku 23,29%, “ermənistan” bloku 9,94%, “çiçəklənən ermənistan” partiyası isə 4% səs toplayıb.


bununla da, hər 4 partiya parlamentdə mandat sahibi olacaq.

Baxış sayı: 3 160

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə