azərbaycan respublikasının ali məhkəməsinin sədri, hörmətli inam kərimov doğum günü münasibətilə səmimi və dərin ehtiramla təbrik olunub.
arhd.media informasiya agentliyinin rəhbəri, beynəlxalq hüquq eksperti, beynəlxalq hüquq müdafiəçisi, hüquq üzrə fəlsəfə doktoru ismayıl zalov öz təbrik mesajında inam kərimovun hüquq sisteminin inkişafında göstərdiyi xidmətləri xüsusi vurğulayıb.
təbrikdə qeyd olunub ki, inam kərimov ali məhkəmənin sədri vəzifəsinə təyin olunduğu gündən etibarən məhkəmə-hüquq sistemində şəffaflığın, obyektivliyin və qanunun aliliyinin təmin olunması istiqamətində mühüm və prinsipial addımlar atılıb. onun rəhbərliyi altında məhkəmə fəaliyyətində institusional yanaşma güclənib, hüquqi islahatlar daha sistemli və məqsədyönlü xarakter alıb.
ismayıl zalov bildirib ki, inam kərimov yüksək peşəkarlığı, hüquqi təfəkkürü və idarəçilik bacarığı ilə seçilən nüfuzlu hüquqşünasdır. o, hüququn aliliyi prinsipini fəaliyyətinin əsas istiqaməti kimi müəyyən edərək ədalət mühakiməsinin keyfiyyətinin yüksəldilməsinə xüsusi önəm verir. bu isə cəmiyyətdə məhkəmə hakimiyyətinə olan inamın daha da möhkəmlənməsinə xidmət edir.
təbrik mesajında vurğulanıb ki, hüquqi dövlət quruculuğunda ali məhkəmənin rolu müstəsnadır və bu ali institutun rəhbəri kimi inam kərimovun fəaliyyəti həm milli, həm də beynəlxalq hüquqi standartlara uyğunluq baxımından təqdirəlayiqdir. onun prinsipial mövqeyi, ədalətə sadiqliyi və hüquqi dəyərlərə bağlılığı dövlətçilik ənənələrinin möhkəmlənməsinə mühüm töhfə verir.
ismayıl zalov doğum günü münasibətilə inam kərimova möhkəm cansağlığı, uzun ömür, fəaliyyətində yeni nailiyyətlər və azərbaycan ədliyyə sisteminin inkişafı naminə həyata keçirdiyi məsuliyyətli missiyada davamlı uğurlar arzulayıb. qeyd olunub ki, onun rəhbərliyi ilə məhkəmə sistemində aparılan islahatlar hüququn aliliyinin daha da möhkəmlənməsinə, ədalət prinsipinin bərqərar olmasına və vətəndaşların hüquq və azadlıqlarının etibarlı müdafiəsinə xidmət edir.
sonda vurğulanıb ki, peşəkar hüquqşünas, prinsipial rəhbər və dövlətə sədaqətlə xidmət edən şəxsiyyət kimi inam kərimovun fəaliyyəti hüquq ictimaiyyəti tərəfindən daim yüksək qiymətləndirilir və gələcəkdə də bu istiqamətdə atılacaq addımlar azərbaycan hüquq sisteminin inkişafına mühüm töhfələr verəcəkdir.
arhd.media























