04 iyun 2026-cı il tarixində istanbul dövlət universitetində görüş keçirilib. universitetin rektoru, professor, dr. osman bülent zülfükar bəy və professor, doktor ilhanan bəyin dəvəti ilə beynəlxalq hüquq eksperti, beynəlxalq hüquq müdafiəçisi, hüquq üzrə fəlsəfə doktoru, arhd.media informasiya agentliyinin rəhbəri ismayıl zalov universitetin qonağı olub.
görüş zamanı beynəlxalq hüququn aktual məsələləri, insan hüquqlarının qorunması və gələcək əməkdaşlıq imkanları müzakirə edilib. ismayıl zalov beynəlxalq hüquq sahəsində fəaliyyəti və təcrübəsi barədə məlumat verib.
universitetin rektoru professor, dr. osman bülent zülfükar bəy ismayıl zalovun avropa insan haqları sahəsində fəaliyyəti ilə bağlı xüsusi təşəkkürünü bildirib və onun beynəlxalq hüququn inkişafına verdiyi töhfələri yüksək qiymətləndirib.
ismayıl zalov çıxışı zamanı azərbaycanda insan hüquqlarının tam şəkildə qorunduğunu vurğulayıb, ölkədə hüquqi islahatların uğurla həyata keçirildiyini qeyd edib. o, həmçinin azərbaycanda söz azadlığının mövcud olduğunu bildirib və azərbaycan universitetlərinin yüksək səviyyədə fəaliyyət göstərdiyini, beynəlxalq standartlara uyğun təhsil mühitinin formalaşdırıldığını diqqətə çatdırıb.
çıxışının sonunda isə azərbaycan–türkiyə qardaşlığını xüsusi vurğulayaraq bu ifadələri işlədib:
“bir ananın iki oğlu, bir ağacın iki qolu – azərbaycan, türkiyə. bir millət, iki dövlət.”
ismayıl zalov eyni zamanda bu gözəl dəvətə və ona göstərilən isti, səmimi münasibətə görə universitet rəhbərliyinə öz təşəkkürünü bildirib.
səfər çərçivəsində qonaq istanbul dövlət universitetinin tarixi binası, elmi mərkəzləri və kitabxanası ilə tanış olub, universitetin akademik fəaliyyəti barədə ətraflı məlumat əldə edib.
görüş xatirə şəkillərinin çəkilməsi ilə yekunlaşıb və gələcək əməkdaşlıq imkanları ilə bağlı fikir mübadiləsi aparılıb.
arhd.media



























