malayziya kralı sultan ibrahim azərbaycan prezidenti ilham əliyevə təbrik məktubu ünvanlayıb.


“arhd.media” xəbər verir ki, məktubda deyilir:


“zati-aliləri.


əlamətdar bayram – ölkənizin müstəqilliyinin 108-ci ildönümü münasibətilə zati-alinizə və hörmətli azərbaycan xalqına səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.


bu il malayziya ilə azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 33-cü ildönümünü qeyd edirik. ikitərəfli münasibətlərimizin inkişafından məmnunam və əminəm ki, bu əməkdaşlıq ruhu hər zaman xalqlarımızın rifahı üçün faydalı olacaqdır. malayziya ikitərəfli əlaqələrimizi daha da möhkəmləndirməyə və inkişaf etdirməyə sadiq qaldığını bir daha təsdiqləyir.


zati-aliləri, sizə möhkəm cansağlığı və rifah, azərbaycan vətəndaşlarına sülh və firavanlıq arzularımı qəbul etməyinizi xahiş edirəm”.

Baxış sayı: 4 219

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə