21 may 2026-cı il tarixində arhd.media informasiya agentliyinin təsisçisi, beynəlxalq hüquq eksperti, hüquq elmləri üzrə fəlsəfə doktoru və beynəlxalq hüquq müdafiəçisi ismayıl zalov fransanın strasburq şəhərində yerləşən avropa insan haqları məhkəməsi çərçivəsində təşkil olunmuş beynəlxalq hüquq platformasında rəsmi çıxış etmişdir.

çıxışı zamanı ismayıl zalov beynəlxalq hüququn müasir çağırışları, insan hüquq və azadlıqlarının qorunması, beynəlxalq hüquqi müdafiə mexanizmlərinin təkmilləşdirilməsi, həmçinin dövlətlərarası hüquqi əməkdaşlığın gücləndirilməsinin vacibliyi barədə ətraflı fikirlərini tədbir iştirakçıları ilə bölüşmüşdür.

tədbirdə müxtəlif ölkələri təmsil edən hüquqşünaslar, beynəlxalq təşkilat nümayəndələri, insan hüquqları müdafiəçiləri, alimlər və ekspertlər iştirak etmişlər. ismayıl zalovun çıxışı iştirakçılar tərəfindən böyük maraq və rəğbətlə qarşılanmış, onun beynəlxalq hüquq sahəsində fəaliyyəti, insan hüquqlarının müdafiəsinə verdiyi töhfələr və beynəlxalq platformalardakı fəallığı yüksək qiymətləndirilmişdir.

tədbirin sonunda beynəlxalq hüquq və insan hüquqlarının müdafiəsi istiqamətində göstərdiyi səmərəli fəaliyyətə görə ismayıl zalov “human rights and international excellence certificate” — “insan hüquqları və beynəlxalq mükəmməllik sertifikatı” ilə təltif olunmuşdur.

qeyd edək ki, ismayıl zalov uzun illərdir beynəlxalq hüquq, insan hüquqları və ictimai-hüquqi fəaliyyət sahəsində mühüm layihələrə rəhbərlik edir, beynəlxalq konfrans və hüquq platformalarında azərbaycan respublikasını uğurla təmsil edir.

ismayıl zalov həmişə vurğulayır: “mən azərbaycan respublikasına xidmət edirəm”.

 

arhd.media

 

Baxış sayı: 10 099

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə