
bakıda ümumdünya şəhərsalma forumunun 13-cü sessiyasının (wuf13) açılış mərasimi keçirilir.
“arhd.media” xəbər verir ki, azərbaycan prezidenti ilham əliyev tədbirdə iştirak edir.
prezident ilham əliyev və bmt-nin məskunlaşma proqramının (un-habitat) icraçı direktoru anaklaudia rossbax sessiyada iştirak edən dövlət və hökumət başçılarını, nümayəndə heyətlərinin rəhbərlərini qarşılayıblar.
qarşılanma mərasimindən sonra birgə foto çəkdirilib.






































