Görüşdə aqrar sahədə əməkdaşlıq perspektivləri müzakirə olunub

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov İsrail Dövlətinin Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Ronen Krausz ilə görüşüb.

Qonaqları salamlayan kənd təsərrüfatı naziri Məcnun Məmmədov Azərbaycanda aqrar sektora dövlət dəstəyi barədə görüş iştirakçılarına ətraflı məlumat verib. Bildirilib ki, ölkəmizdə həyata keçirilən aqrar islahatlar kənd təsərrüfatının daha da inkişafını nəzərdə tutur və bu məqsədlə dövlət tərəfindən dəstək tədbirləri həyata keçirilir.

Nazir Məcnun Məmmədov bu ilin yanvar ayında İsrailə səfəri zamanı bu ölkənin kənd təsərrüfatı və qida təhlükəsizliyi naziri Avi Dixter ilə görüşdüyünü, akvakultura və innovasiyalar sahəsində aparıcı mərkəzlərin, müasir heyvandarlıq müəssisələri və süd emalı zavodlarının fəaliyyəti ilə tanış olduğunu xatırladıb, aqrar sahədə səmərəli əməkdaşlığın qurulduğunu vurğulayıb.

İsrail Dövlətinin Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Ronen Krausz isə öz növbəsində bildirib ki, iki ölkə arasında bütün sahələrdə əməkdaşlıq dinamik inkişaf edir. Tərəflər aqrar sahədə əməkdaşlığın daha da genişləndirilməsində maraqlı olduqlarını vurğulayıblar.

Görüşdə Azərbaycan və İsrail arasında aqrar sahədə əməkdaşlıq, kənd təsərrüfatı sahəsində ticarət dövriyyəsinin artırılması, İşçi Qrupun fəaliyyətinin genişləndirilməsi, heyvandarlıq və toxumçuluq sahələrində ən müasir texnologiyaların transferi, aqrar tədqiqatlar və təcrübə proqramları sahələrində əməkdaşlığın genişləndirilməsi, suvarma sahəsində İsrail təcrübəsinin öyrənilməsi məsələləri müzakirə olunub, iki ölkə arasında kənd təsərrüfatı sahəsində qarşılıqlı əlaqələrin genişləndirilməsi üçün böyük potensialın olduğu vurğulanıb.

Görüş zamanı qarşılıqlı maraq doğuran məsələlər barədə geniş fikir mübadiləsi aparılıb.

 

Baxış sayı: 9 958

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə