Son illər Azərbaycanda idmanın inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilməklə yanaşı, bu sahədə həm infrastruktur, həm də beynəlxalq nəticələr baxımından ciddi irəliləyişlər müşahidə olunur.

Bunu Azərbaycan Kikboksinq Federasiyasının vitse-prezidenti Azər Aslanov deyib.

Onun sözlərinə görə, müstəqillikdən sonra, xüsusilə 2000-ci illərdən etibarən ölkədə idman infrastrukturu geniş şəkildə yenilənib:

“Bakı və regionlarda çoxsaylı olimpiya idman kompleksləri, stadionlar, idman zalları və təlim mərkəzləri inşa olunub. Nəticə etibarilə, bu, ölkədə idmanın inkişafına və gənclərin idmana cəlb olunmasına geniş şərait yaradıb. Bu prosesdən Azərbaycan Kikboksinq Federasiyası da kənarda qalmayıb və ölkədə idmanın kütləviliyinə səmərəli töhfəsini verib”, – deyə o bildirib.

Azər Aslanov kikboksinqə olan marağın hər keçən gün artdığını da vurğulayıb:

“Azərbaycan Kikboksinq Federasiyasının təşkil etdiyi tədbirlər izdihamlı keçir. Bu da kikboksinqə olan marağı artırmaqla yanaşı, idmanın kütləviliyini də təmin edir. Federasiya minlərlə üzvü olan idman təşkilatına çevrilib”.


ARHD.MEDİA

Baxış sayı: 5 559

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə