ARHD Media İnformasiya Agentliyinin rəhbəri, beynəlxalq hüquq eksperti, hüquq üzrə fəlsəfə doktoru İsmayıl Zalov, eyni zamanda Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. O, 5 may tarixində Baku Expo Center məkanında keçirilən bir sıra mühüm tədbirlərdə iştirak etmişdir. İsmayıl Zalov xüsusilə kənd təsərrüfatı və aqrar sahəyə həsr olunmuş Aqrar İnnovasiyalar Forumu və Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi kimi tədbirlərdə iştirak edərək müxtəlif ölkələrdən gəlmiş mütəxəssislərlə fikir mübadiləsi aparmışdır.

Səfər çərçivəsində o, Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Məcnun Məmmədov ilə də görüşmüşdür. Görüş zamanı aqrar sahənin inkişafı, beynəlxalq əməkdaşlıq imkanları və hüquqi tənzimləmə məsələləri müzakirə olunmuşdur.

Məcnun Məmmədov ölkənin kənd təsərrüfatı sektorunun inkişafında mühüm rol oynayan, müasir yanaşmaları və innovativ təşəbbüsləri ilə seçilən peşəkar dövlət xadimidir. Onun rəhbərliyi altında həyata keçirilən islahatlar aqrar sahənin dayanıqlı inkişafına, fermerlərin rifahının yüksəlməsinə və ərzaq təhlükəsizliyinin möhkəmlənməsinə ciddi töhfə verir. Nazir kimi onun fəaliyyəti həm yerli, həm də beynəlxalq səviyyədə yüksək qiymətləndirilir.

ARHD.MEDİA

 

Baxış sayı: 8 488

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə