azərbaycan prezidenti ilham əliyev bu gün parlamentlərarası ittifaqın baş katibi martin çunqonqu qəbul edib.


“arhd.media” xəbər verir ki, söhbət zamanı dövlət başçısının martin çunqonqla görüşləri məmnunluqla xatırlanıb.


parlamentlərarası ittifaqın baş katibi azərbaycanla ermənistan arasında sülh gündəliyinin irəli aparılması ilə bağlı əldə edilmiş nailiyyətlər, həmçinin ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam bərpası münasibətilə prezident ilham əliyevi təbrik edib.


dövlət başçısı təbriklərə görə minnətdarlığını bildirib.


prezident ilham əliyev azərbaycanla ermənistan arasında vaşinqtonda sülh gündəliyi ilə bağlı əldə olunmuş nailiyyətləri qeyd edərək, ölkələrimiz arasında artıq iqtisadi-ticari münasibətlərin başladığını və azərbaycanın birtərəfli qaydada ermənistana gedən tranzit yüklər üzərindəki məhdudiyyəti aradan qaldırdığını bildirib.


azərbaycan prezidentinin ermənistanın paytaxtı irəvan şəhərində keçirilmiş “avropa siyasi birliyi”nin 8-ci zirvə toplantısında videobağlantı formatında iştirakı iki ölkə arasında münasibətlərin normallaşması istiqamətində tarixi hadisə kimi qiymətləndirilib.


dövlət başçısı parlamentlərarası ittifaqın azərbaycanla ermənistan arasında parlament üzrə dialoqun, eyni zamanda, azərbaycan və ermənistan parlament sədrlərinin sülh prosesinin müzakirəsi üçün mütamadi görüşlərinin keçirilməsinə şəraitin yaradılmasında rolunu müsbət qiymətləndirib.


söhbət zamanı azərbaycanla parlamentlərarası ittifaq arasında uğurlu əməkdaşlığın həyata keçirildiyi qeyd olunub.


baş katib azərbaycanın parlamentlərarası ittifaqın işində fəal iştirak etdiyini deyərək, ölkəmizin parlamentlərarası dialoqa verdiyi töhfəyə toxunub.


görüşdə işğaldan azad olunmuş ərazilərimizdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, həmçinin azərbaycanın mina problemindən əziyyət çəkməsi, minaların mülki insanlara və quruculuq prosesinə törətdiyi maneələr vurğulanıb, əməkdaşlığın mövcud vəziyyəti, əlaqələrin perspektivləri və parlamentlərarası dialoqun inkişafı ətrafında fikir mübadiləsi aparılıb.

 

Baxış sayı: 3 792

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə