Tədbir çərçivəsində çıxış edən ARHD Media İnformasiya Agentliyi-nin rəhbəri, beynəlxalq hüquq eksperti, hüquq üzrə fəlsəfə doktoru İsmayıl Zalovun çoxillik peşəkar fəaliyyətini yüksək qiymətləndirmiş, onun dövlət və dövlətçiliyə xidmət istiqamətində həyata keçirdiyi məqsədyönlü fəaliyyətini xüsusi qeyd etmişdir. Çıxışda vurğulanmışdır ki, İsmayıl Zalovun hüquq sahəsində qazandığı zəngin təcrübə, milli maraqların müdafiəsi, hüquqi maarifləndirmənin təşviqi və dövlətçilik prinsiplərinin möhkəmləndirilməsi istiqamətində gördüyü işlər ölkənin ictimai-siyasi və hüquqi inkişafına mühüm töhfə verməkdədir.

Bildirildiyi kimi, onun Azərbaycan Jurnalistlər Birliyi-nə üzv seçilməsi media və hüquq sahələri arasında qarşılıqlı əməkdaşlığın genişləndirilməsinə, jurnalistlərin hüquqi biliklərinin artırılmasına və beynəlxalq hüquq təcrübəsinin tətbiqinə əlverişli zəmin yaradır.

Sonda qeyd olunmuşdur ki, bu kimi qərarlar ölkədə peşəkar həmrəyliyin gücləndirilməsi, dövlətçilik prinsiplərinə sadiq mütəxəssislərin dəstəklənməsi və milli informasiya məkanının sağlam əsaslar üzərində inkişaf etdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

 

ARHD.MEDIA

 

Baxış sayı: 9 595

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə