azərbaycan prezidenti ilham əliyev bu gün videoəlaqə vasitəsilə irəvanda keçirilən avropa siyasi birliyinin 8-ci sammitinə qoşulacaq.
“arhd.media” ermənistan mətbuatına istinadən xəbər verir ki, tədbir “gələcəyi qururuq: avropada birlik və davamlılıq” devizi altında keçirilir.
məlumata görə, açılış sessiyasında azərbaycan prezidenti ilham əliyevlə yanaşı, ermənistanın baş naziri nikol paşinyan, avropa ittifaqı şurasının prezidenti antonio koşta, ukrayna prezidenti volodimir zelenski və kanadanın baş naziri mark karninin çıxışları nəzərdə tutulub.
qeyd edək ki, azərbaycan prezidenti avropa siyasi birliyinin sammitlərində mütəmadi olaraq iştirak edir. sonuncu dəfə ilham əliyev birliyin tirana və kopenhagendə keçirilmiş sammitlərinə qatılmışdı.
xatırladaq ki, 2028-ci ildə avropa siyasi birliyinin sammiti azərbaycanda keçiriləcək.






















