Kung Fu Federasiyasının hüquqşünası, beynəlxalq hüquq eksperti, hüquq üzrə fəlsəfə doktoru və beynəlxalq hüquq müdafiəçisi İsmayıl Zalov Bakı şəhərində keçirilmiş 9-cu marafonda Kung Fu Federasiyasını layiqincə təmsil etmişdir.

Tədbir çərçivəsində müxtəlif dövlət qurumlarının nümayəndələri, ictimai-siyasi xadimlər və idman ictimaiyyətinin üzvləri bir araya gələrək sağlam həyat tərzinin təşviqi, kütləvi idmanın inkişafı və bu sahəyə ictimai marağın artırılması məqsədilə marafonda iştirak etmişlər.

Eyni zamanda, İsmayıl Zalov tərəfindən İTV, ATV, AzTV və Xəzər TV telekanallarına müsahibələr verilmiş, keçirilən tədbirin əhəmiyyəti, məqsədləri və cəmiyyət üçün faydaları barədə ictimaiyyətə ətraflı məlumat təqdim olunmuşdur.

İsmayıl Zalov sözügedən mühüm sosial-idman tədbirində fəal iştirak edərək sağlam həyat tərzinin təbliği, kütləvi idmanın inkişafı və ictimai maarifləndirmə istiqamətində öz töhfəsini vermişdir.

Qeyd edilir ki, Bakı şəhərində təşkil olunan marafon artıq ənənəvi xarakter daşıyır və hər il geniş iştirakçı kütləsini əhatə etməklə ölkədə idman mədəniyyətinin inkişafına mühüm töhfə verməkdədir.

 

ARHD-MEDİA

Baxış sayı: 6 874

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə