prezident ilham əliyev polşa prezidenti zati-aliləri cənab karol navrotskini təbrik edib.


“arhd.media” xəbər verir ki, təbrik məktubunda deyilir:


“hörmətli cənab prezident,


3 may – konstitusiya günü münasibətilə sizi və sizin simanızda bütün xalqınızı öz adımdan və azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik edirəm.


azərbaycan ilə polşa arasında əlaqələr dərin tarixi köklərə və xoş ənənələrə əsaslanır. biz böyük potensiala malik dövlətlərarası əlaqələrimizin və səmərəli əməkdaşlığımızın inkişafına xüsusi əhəmiyyət veririk.


inanıram ki, ölkələrimiz arasında dostluq münasibətlərinin genişlənməsi, strateji tərəfdaşlığımızın möhkəmlənməsi, qarşılıqlı fəaliyyətimizin həm ikitərəfli əsasda, həm də avropa ittifaqı çərçivəsində inkişafı yolunda birgə səylərimizi bundan sonra da uğurla davam etdirəcəyik.


belə bir xoş gündə sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost polşa xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm”.

Baxış sayı: 4 026

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə