Hörmətli Hafiz Paşayev,
Sizi doğum gününüz münasibətilə səmimi-qəlbdən təbrik edirəm.
Azərbaycan Respublikasının diplomatik xidmətində, təhsil sisteminin inkişafında və beynəlxalq münasibətlərin möhkəmləndirilməsində göstərdiyiniz çoxillik və səmərəli fəaliyyətiniz xüsusi əhəmiyyət kəsb edir. Dövlətimizə və xalqımıza xidmət istiqamətində nümayiş etdirdiyiniz yüksək peşəkarlıq, prinsipial mövqe və zəngin idarəçilik təcrübəsi daim böyük ehtiramla qarşılanır. Eyni zamanda, gənc nəslin formalaşmasında və milli kadr potensialının inkişafında Sizin xidmətləriniz təqdirəlayiqdir.
Bu əlamətdar gün münasibətilə Sizə möhkəm cansağlığı, uzun ömür, məsul və şərəfli fəaliyyətinizdə davamlı uğurlar arzulayıram. İnanıram ki, bundan sonra da ölkəmizin tərəqqisi və beynəlxalq nüfuzunun daha da yüksəldilməsi naminə fəaliyyətinizi uğurla davam etdirəcəksiniz.
Dərin hörmətlə,
İsmayıl Zalov
ARHD.media İnformasiya Agentliyinin rəhbəri,
beynəlxalq hüquq üzrə ekspert və hüquq müdafiəçisi,
hüquq üzrə fəlsəfə doktoru,
Azərbaycan Kung-Fu Federasiyasının hüquqşünası
























