Tədbirdə YAP-ın Səbail Rayon Təşkilatının sədri Muxtar Nağıyev tərəfindən ARHD.Media İnformasiya Agentliyinin rəhbəri, beynəlxalq hüquq eksperti və müdafiəçisi, hüquq üzrə fəlsəfə doktoru İsmayıl Zalov Yeni Azərbaycan Partiyasının ictimai-siyasi həyatında fəal iştirakına görə təşəkkürnamə ilə təltif edilmişdir.

Tədbir çərçivəsində çıxış edən Muxtar Nağıyev Ulu Öndər Heydər Əliyevin siyasi irsinə sadiqliyin vacibliyini vurğulamış, həmçinin akademik Zərifə Əliyevanın Azərbaycan cəmiyyətində oynadığı mühüm rol və zəngin elmi irsi haqqında ətraflı məlumat vermişdir.

Nitqinin sonunda Muxtar Nağıyev Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən daxili və xarici siyasətin ölkənin milli maraqlarının təmin olunmasına xidmət etdiyini diqqətə çatdırmışdır.

ARHD.MEDIA

 

Baxış sayı: 5 288

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə