cəbrayıl, 18 yanvar, arhq.az



 

bu gün növbəti köç karvanı ilə cəbrayıl şəhərinə çatan ailələrə evlərinin açarları təqdim olunub.

 cəbrayıla qədəm qoyan ailələr qarşılandıqdan sonra onlara anama əməkdaşları tərəfindən, mina və partlamamış silah sursatların təhlükəsi barədə ətraflı məlumat verilib. tanımadıqları naməlum əşyalar və cisimlərdən uzaq durmaları və belə hallarla qarşılaşdıqları zaman aidiyyəti qurumlara xəbər vermələri tövsiyə olunub.

açarların təqdim edilməsi mərasimində, cəbrayıl, qubadlı və zəngilan rayonlarında azərbaycan respublikası prezidentinin xüsusi nümayəndəliyinin, qaçqınların və məcburi köçkünlərin işləri üzrə dövlət komitəsinin rəsmiləri və digər şəxslər iştirak ediblər. ailələr sevinc hissi ilə açarları təhvil alıb və öz evlərində məskunlaşıblar. köçürülən ailələrin, cəbrayıl şəhərində dövlətimizin başçısının göstərişi əsasında yenidən tikilən evlərdə məskunlaşması üçün bütün şərait yaradılıb.

qeyd edək ki, hazırda qarabağda və şərqi zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 30 minə yaxın insan yaşayır.

arhd.media  ictimai-siyasi media saytı’ın rəhbəri :

beynəlxalq hüquq eksperti : ismayıl zalov

 

arhd.media  ictimai siyasi media saytı’ın  baş redaktoru :

orxan ismayılov

Baxış sayı: 6 564

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə