“Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsində əməliyyat-axtarış subyektlərinin səlahiyyət bölgüsü haqqında” ölkə Prezidentinin 19 iyun 2001-ci il tarixli Fərmanında dəyişiklik edilib.


“ARHD.AZ” xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev yeni Fərman imzalayıb.


Fərmana əsasən, bundan sonra iqtisadi sahədə mütəşəkkil cinayətkarlığa qarşı mübarizə ilə bağlı öz səlahiyyətləri çərçivəsində binaların, o cümlədən yaşayış yerlərinin, hasarlanmış tikinti obyektlərinin, qurğuların, torpaq sahələrinin, nəqliyyat vasitələrinin və digər obyektlərin müşahidəsini İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti ilə yanaşı, Dövlət Gömrük Komitəsi də həyata keçirəcək.

Baxış sayı: 3 832

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə