Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) dondurulmuş fəaliyyətinin aktivləşdirilməsi üçün addımlar atmayacaq.


“ARHD.AZ” xarici mətbuata istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin hakim “Vətəndaş müqaviləsi” partiyasının seçki proqramını təqdim etdiyi videomüraciətində deyib.


“Ermənistan Respublikasının KTMT-də üzvlüyü dondurulub və fəaliyyətin bərpası üçün heç bir addım atılmayacaq. Bu, bizim seçkiqabağı proqramımızda təsbit olunub”, - o bildirib.


O, ölkəsinin BMT, Avropa Şurası, ATƏT, MDB, Beynəlxalq Frankofoniya Təşkilatı və Avropa Siyasi Birliyinin fəal üzvü olaraq qalmağa davam edəcəyini söyləyib: “Ermənistan həmçinin ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılmış Sülh Şurasına üzvü olub və bu formatda öz fəaliyyətini davam etdirəcək. Biz həmçinin Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzvlükdə maraqlıyıq”.

Baxış sayı: 3 455

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə