
azərbaycan prezidenti ilham əliyev türkiyə prezidenti rəcəb tayyib ərdoğanın dəvəti ilə 5-ci antalya diplomatiya forumunda iştirak etmək üçün bu gün türkiyəyə işgüzar səfər edib.
“arhd.media” xəbər verir ki, antalya beynəlxalq hava limanında prezident ilham əliyevi və birinci xanım mehriban əliyevanı antalya şəhərinin valisi hulusi şahin və digər rəsmi şəxslər qarşılayıblar.































