azərbaycan prezidenti ilham əliyev bu gün gürcüstana dövlət səfərinə gedib.
“arhd.media” xəbər verir ki, tbilisi şəhərinin şota rustaveli beynəlxalq hava limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
prezident ilham əliyevi və birinci xanım mehriban əliyevanı gürcüstanın xarici işlər naziri maka boçorişvili və digər rəsmi şəxslər qarşılayıblar.






















