ARHD.AZ İnformasiya Agentliyinin rəhbəri beynəlxalq hüquq eksperti hüquq üzrə fəlsəfə doktoru İsmayıl Zalov və ARHD.AZ İnformasiya Agentliyinin əməkdaşı, hüquqşünas Məmməd Əliyev Rusiya Federasiyasına ezam olunurlar
ARHD.AZ İnformasiya Agentliyinin rəhbəri, beynəlxalq hüquq sahəsində tanınmış ekspert, hüquq üzrə fəlsəfə doktoru İsmayıl Zalov və ARHD.AZ İnformasiya Agentliyinin əməkdaşı, hüquqşünas Məmməd Əliyev rəsmi işgüzar səfər çərçivəsində Rusiya Federasiyasına ezam olunurlar.
Səfərin əsas məqsədi beynəlxalq hüquq sahəsində əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, hüquqi təcrübə mübadiləsinin həyata keçirilməsi və aktual hüquqi məsələlər ətrafında geniş müzakirələrin aparılmasıdır. Planlaşdırılan görüşlər çərçivəsində müxtəlif hüquq institutları ilə əlaqələrin qurulması, qarşılıqlı əməkdaşlıq imkanlarının dəyərləndirilməsi və ortaq layihələrin əsasının qoyulması nəzərdə tutulur.
İsmayıl Zalovun rəhbərliyi ilə həyata keçirilən bu ezamiyyət ARHD.AZ İnformasiya Agentliyinin beynəlxalq aləmdə mövqeyinin daha da möhkəmləndirilməsi, hüquq sahəsində qlobal inteqrasiyanın genişləndirilməsi və Azərbaycan hüquq məktəbinin beynəlxalq platformalarda layiqincə təmsil olunması baxımından mühüm əhəmiyyət kəsb edir.
Eyni zamanda, hüquqşünas Məmməd Əliyevin bu səfərdə iştirakı gənc mütəxəssislərin beynəlxalq təcrübə qazanması, hüquqi bilik və bacarıqlarının artırılması, eləcə də gələcək fəaliyyətlərində daha geniş perspektivlər əldə etməsi baxımından xüsusi önəm daşıyır.
ARHD.AZ İnformasiya Agentliyi bu kimi beynəlxalq ezamiyyətlər vasitəsilə hüquqi maarifləndirmə fəaliyyətini genişləndirməyə, vətəndaşların hüquqlarının müdafiəsinə töhfə verməyə və ədalət prinsiplərinin təşviqinə xidmət edən layihələri davamlı şəkildə həyata keçirməyə davam edir.

Baxış sayı: 8 791

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə