
ramazan ayının başa çatması ilə əlaqədar təzəpir məscidində bayram namazı qılınıb.
arhd.media xəbər verir ki, namaz qafqaz müsəlmanları idarəsinin sədri şeyxülislam allahşükür paşazadənin imamətliyi ilə qılınıb.
qeyd edək ki, minlərlə insan məscidlərə axışaraq namaz qılıb, dualar edib, allahdan bağışlanmasını diləyiblər.
daha sonra dindarlar bir-birlərini bayram münasibətilə təbrik ediblər.

























