“inanın mənə, müharibə şəraitində yaşamağın və ya müharibə etməyin nə olduğunu bilirik. ona görə də bizim kimi ölkələr sülhü, bəlkə də, digər ölkələrdən daha çox dəyərləndirir”. bu fikri prezident ilham əliyev avropa ittifaqı şurasının prezidenti antonio koşta ilə birgə mətbuata bəyanatında səsləndirib.

həqiqətən də azərbaycan ermənistanla sülh məsələsinə yalnız ötən il avqustun 8-də vaşinqtonda abş prezidenti donald trumpun şahidliyi ilə imzalanmış birgə bəyannamə kontekstində yanaşmır. prezident ilham əliyevin də vurğuladığı kimi, bəzən sənədlər uzun müddət kağız üzərində qalır. bu baxımdan əsas məsələ siyasi iradə və xoş niyyətin mövcudluğudur. azərbaycan isə məhz bu iradəni və səmimiyyəti nümayiş etdirən tərəf kimi çıxış edir.

bu gün azərbaycan beynəlxalq müstəvidə yeni nizamın formalaşması prosesində mühüm rol oynayan dövlətlərdən biri kimi qəbul olunur. bunun əsas səbəblərindən biri qalib azərbaycanın xarici siyasətinin qlobal əhəmiyyət daşıyan prinsiplərə əsaslanmasıdır. azərbaycan beynəlxalq münasibətlərdə bərabərhüquqlu tərəfdaşlığı, beynəlxalq hüquqa hörməti, ədalət və qarşılıqlı ehtiram prinsiplərini təşviq edir. məhz bu dəyərlərə əsaslanan siyasət nəticəsində ölkəmiz həm regional, həm də beynəlxalq səviyyədə nüfuz qazanan və hörmət edilən dövlət statusu əldə edib.

prezident ilham əliyevlə antonio koşta arasında keçirilən görüş və mətbuata bəyanat zamanı azərbaycan–avropa ittifaqı tərəfdaşlığının strateji əhəmiyyəti xüsusi vurğulanıb. təhlükəsizlik, enerji və nəqliyyat sahələri də daxil olmaqla son dövrlərdə keçirilən yüksək səviyyəli görüşlərin müsbət dinamikası qeyd olunub və siyasi dialoqun, eləcə də praktiki əməkdaşlığın daha da dərinləşdirilməsinə sadiqlik ifadə edilib. bildirilib ki, bu əməkdaşlıq hər iki tərəfin ortaq maraqlarına xidmət edir və qara dəniz, cənubi qafqaz və mərkəzi asiya regionlarında sülhün, sabitliyin, nəqliyyat əlaqələrinin və davamlı inkişafın təşviqinə mühüm töhfə verir.

görüşdə cənubi qafqazda sülh prosesi də geniş müzakirə olunub. 2020-ci ildə regionda yeni reallıqlar yaradan azərbaycan cənubi qafqazın siyasi mənzərəsini köklü şəkildə dəyişib. bu gün region daha çox əməkdaşlıq və inkişaf platforması kimi təqdim olunur. qalib ölkə olmasına baxmayaraq azərbaycanın irəli sürdüyü sülh təşəbbüsləri cənubi qafqazın həm siyasi, həm də iqtisadi gələcəyi üçün yeni strateji istiqamət müəyyən edir.

ötən ilin avqustunda əldə edilən vaşinqton razılaşmaları da bu reallıqların mühüm nəticəsi kimi qiymətləndirilir. birgə bəyanatda azərbaycanla ermənistan arasında münasibətlərin normallaşması prosesi alqışlanır, qarabağ və şərqi zəngəzurda həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma işləri xüsusi vurğulanır. prezident ilham əliyevin qeyd etdiyi kimi, əgər tərəflər siyasi iradə və sülhə sadiqlik nümayiş etdirərlərsə, bu, xalqlar arasında barışığın ən real göstəricisi olacaq. dövlət başçısının sözləri ilə desək: “sülhdən yaxşı heç nə ola bilməz”.

antonio koşta da öz növbəsində vurğulayıb ki, həqiqi sülh yalnız siyasi razılaşmalar üzərində deyil, insanların gündəlik həyatı, iqtisadi və ticarət əlaqələri, eləcə də ortaq rifah üzərində qurulmalıdır. o, azərbaycanın regiondakı rolunun heç vaxt indiki qədər əhəmiyyətli olmadığını qeyd edib.

ümumilikdə, azərbaycan–avropa ittifaqı münasibətləri böyük perspektivlər vəd edir. qlobal güc mərkəzlərindən biri olan avropa ittifaqı azərbaycanın təkcə cənubi qafqaz üçün deyil, bütövlükdə avropa məkanı üçün strateji əhəmiyyətini yaxşı anlayır. antonio koştanın prezident ilham əliyevə müraciətlə səsləndirdiyi “sizin rəhbərliyiniz zəruridir və tərəfdaşlığımız güclüdür. biz onu xalqlarımızın rifahı naminə birlikdə daha da genişləndirə bilərik” fikri azərbaycanın və onun rəhbərinin beynəlxalq miqyasda yüksək nüfuzunun növbəti təsdiqidir.

 

müəllif: arhd.media mətbuat platformasının təhsil eksperti

elnur heydərov

Baxış sayı: 8 552

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə