iranın müvəqqəti rəhbərlik şurası qonşu ölkələrə hücum etməmək və ərazilərindən irana hücum olmadığı təqdirdə, raket və dron atmamaqla bağlı qərar qəbul edib.
“arhd.media” xəbər verir ki, bu barədə iran prezidenti məsud pezeşkian dövlət telekanalı ilə yayımlanan videomüraciətində bəyan edib.
“bizim region ölkələri ilə düşmənçiliyimiz yoxdur, qonşularımızdan üzr istəyirəm”, - deyə o qeyd edib.
dövlət başçısı iranın digər ölkələrə təcavüz etmək niyyətində olmadığını bildirib.
pezeşkian ölkəni qorumaq üçün küskünlükləri və narazılıqları kənara qoymağa çağırıb.
iran lideri abş və israilin tələblərinə də cavab verib: “onlar bizi qeyd-şərtsiz təslim olmağa məcbur etmək xəyalını qəbirlərinə aparacaqlar”.























