iran tərəfi naxçıvana dron hücumu edilməsini təkzib edib.
“arhd.media” xəbər verir ki, bu haqda iran xarici işlər nazirinin müavini kazem qaribabadi azərbaycanın “anewz” kanalına danışıb.
“biz qonşu ölkələrimizə hücum etmirik. bu insident barədə sizdən eşidirəm. bu məlumatı, onun mənbəyini araşdırıb sonra sizə cavab verə bilərəm”, - o deyib.
qaribabadi əlavə edib ki, iranın siyasəti yalnız regionda fəaliyyət göstərən və iran mülki vətəndaşlarına hücum etmək üçün istifadə olunan abş və israil hərbi bazalarına hücum etməkdir: “əvvəldən elan etmişik ki, əgər regionda hərbi baza varsa və onlardan irana hücum etmək üçün istifadə olunursa, onları hədəfə alacağıq. bizim yürütdüyümüz siyasət budur”.
nazir müavininin açıqlamasının videosunu təqdim edirik:























