“5 mart tarixində günorta radələrində azərbaycan respublikasının naxçıvan muxtar respublikasına iran islam respublikasının ərazisindən dron hücumları həyata keçirilib”.
“arhd.media” xəbər verir ki, bu barədə azərbaycan xin-in iran ərazisindən azərbaycanın naxçıvan muxtar respublikasına dron hücumları barədə bəyanatında bildirilir.
“1 ədəd dron naxçıvan muxtar respublikasının hava limanının terminal binasına, digər bir dron isə şəkərabad kəndində məktəb binasının yaxınlığına düşüb.
hava limanının binasına zərər dəyməsi və iki nəfər mülki şəxsin xəsarət alması ilə nəticələnən iran islam respublikası ərazisindən həyata keçirilən bu dron hücumlarını qətiyyətlə pisləyirik. azərbaycan ərazisinə bu hücum beynəlxalq hüququn norma və prinsiplərinə ziddir və regionda gərginliyin artmasına xidmət edir.
iran islam respublikası tərəfindən qısa müddət ərzində qeyd olunan məsələyə aydınlıq gətirilməsini, buna izahat verməsini və bu kimi halların gələcəkdə təkrarlanmaması üçün zəruri təxirəsalınmaz tədbirlər görməyi tələb edirik.
azərbaycan tərəfi müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır.
iran islam respublikasının azərbaycan respublikasındakı fövqəladə və səlahiyyətli səfiri müctəba dərmiçilu xarici işlər nazirliyinə çağırılıb. iran tərəfinə kəskin etiraz bildirilərək, müvafiq etiraz notası təqdim ediləcək”, - məlumatda qeyd olunub.























