gəncə şəhərində yerləşən cümə məscidində təmir-bərpa işlərinin həyata keçirilməsi üçün vəsait ayrılıb.
“arhd.media” xəbər verir ki, bununla bağlı prezident ilham əliyev sərəncam imzalayıb.
sərəncama əsasən, gəncədə yerləşən cümə məscidində təmir-bərpa işlərinin layihə-smeta sənədlərinin hazırlanması və həyata keçirilməsi üçün azərbaycanın 2026-cı il dövlət büdcəsində nəzərdə tutulmuş azərbaycan prezidentinin ehtiyat fondundan dini qurumlarla iş üzrə dövlət komitəsinə ilkin olaraq 1,6 milyon (bir milyon altı yüz min) manat vəsait ayrılıb.
maliyyə nazirliyi bu sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etməli, nazirlər kabineti isə bu sərəncamdan irəli gələn məsələləri həll etməlidir.























