prezident ilham əliyev iran prezidenti məsud pezeşkiana başsağlığı verib.
“arhd.media” xəbər verir ki, başsağlığında deyilir:
“hörmətli cənab prezident,
iran islam respublikasının ali rəhbəri ayətullah seyid əli xameneinin faciəvi vəfatı xəbəri bizi dərindən kədərləndirdi.
bu ağır itki ilə əlaqədar sizə, mərhumun ailəsinə və dost iran xalqına dərin hüznlə başsağlığımızı ifadə edir, səbir və dözüm arzulayırıq.
ayətullah seyid əli xamenei uzun illər ərzində iran dövlətinin və cəmiyyətinin həyatında mühüm rol oynamış, ölkəsinin siyasi və dini həyatında xüsusi yer tutmuş şəxsiyyət olmuşdur. onun vəfatı iran üçün böyük itkidir.
bu çətin gündə dost və qardaş iran xalqına sülh, sabitlik və əmin-amanlıq arzulayırıq.
allah rəhmət eləsin!”























